Xəbərlər
“Oshkosh Defense” şirkəti ABŞ Ordusuna əlavə JLTV maşınları tədarük edəcək

ABŞ Müdafiə Nazirliyi ilə “Oshkosh Defense” şirkəti arasında JLTV maşınlarının əlavə tədarükü üçün müqavilə bağlanıb.
Bu barədə “Poliqon”a “Oshkosh Defense” şirkətindən məlumat verilib.
Müqavilə çərçivəsində “Oshkosh Defense” şirkəti tərəfindən ABŞ Dəniz Piyadaları Korpusu üçün açıqlanmayan sayda JLTV yüngül taktiki zirehli maşınlar tədarük ediləcək.
Müqavilənin dəyəri 15 milyon ABŞ dolları təşkil edir.




