Ötən il Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrə 26 media-tur təşkil olunub

Ötən il Müdafiə Nazirliyi tərəfindən hərbi hissələrə 26 media-tur təşkil olunub

Azərbaycanan Müdafiə Nazirliyi tərəfindən 2023-cü il ərzində ümumilikdə 955 məlumat, 4224 foto və 403 videomaterial rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılıb.

“Poliqon” xəbər verir ki, məlumatlardan 854-ü rus və ingilis dillərinə tərcümə edilib.

İl ərzində media subyektləri tərəfindən Azərbaycan Ordusunun maddi-texniki bazasından istifadə edilməklə çəkilişlərin aparılması məqsədilə ünvanlanmış 186 məktub icra olunub.

Müraciətlərə əsasən təşkil olunmuş çəkilişlərdn 11 dövlət qurumu, 160 yerli media subyekti, 6 ictimai birlik, 9 prodakşn, radio, xarici media və media mərkəzləri iştirak edib.

Bundan başqa, 171 media subyektinin 347 nümayəndəsinin iştirakı ilə hərbi hissələrə 26 media-tur təşkil edilib. Burada müxtəlif mövzularda çəkilişlər təşkil olunub və hərbi qulluqçuların gündəlik fəaliyyəti jurnalistlərə təqdim edilib. Media nümayəndələri tərəfindən daxil olan 91 sorğu cavablandırılıb. Cari il ərzində müdafiə nazirinin 3 müsahibəsi və mətbuat konfransı təşkil edilib.

Nazirliyin rəsmi sosial media hesablarında – instaqramda 1437, feysbukda 1478, X-də (tvitter) 1593, teleqramda 1567, yutubda isə 446 paylaşım edilib.

CATEGORIES