Ötən il sifarişçilərə çatdırılan F-35-lərin sayı açıqlanıb

Ötən il sifarişçilərə çatdırılan F-35-lərin sayı açıqlanıb

ABŞ-ın “Lockheed Martin” şirkəti 2023-cü ildə 98 ədəd F-35 döyüş təyyarəsini sifarişçilərə təhvil verib.

“Poliqon” xəbər verir ki, bu, “Lockheed Martin” şirkətinin 2023-cü illə bağlı yayımladığı illik hesabatda öz əksini tapıb.

Əvvəlki illərin hesabatlarına əsasən, “Lockheed Martin” şirkəti 2022-ci ildə 141 ədəd, 2021-ci ildə isə 142 ədəd F-35 qırıcısını sifarişçilərə çatdırıb.

Xatırladaq ki, ötən il Pentaqon (ABŞ Müdafiə Nazirliyi) 80-dən çox F-35 qırıcısını silahlanmaya qəbul etmək istəmədiyini bildirmişdi.

CATEGORIES
TAGS