Ötən il dünya dövlətləri hərbi sahəyə 1.74 trilyon dollar ayırıb

Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutu (SIPRI) 2011-ci ildə dünya ölkələrinin hərbip xərcləri barədə hesabatını açıqlayıb. Bu barədə “AzeriDefence” SIPRI-nin saytına istinadən məlumat verib.

İnstitutun hesablamalarına görə, 2011-ci ildə ümumilikdə dünya dövlətləri tərəfindən hərbi sahəyə 1 trilyon 738 milyard ABŞ dolları həcmində vəsait yönəldilib.

Regionlar üzrə hərbi sahəyə xərclənmiş vəsait

Afrika – 34,3 mlrd. USD (+8,6%)
• Şimali Afrika -13,9 mlrd. USD (+13,9%)
• Mərkəzi və Sub-Sahara – 20,4 mlrd. USD (-0,1%)

Amerika – 809 mlrd. USD (-1,4%)
• Mərkəzi Amerika və Karib – 7 mlrd. USD (+2,7%)
• Şimali Amerika – 736 mlrd. USD (-1,2%)
• Cənubi Amerika – 66 mlrd. USD (-3,9%)

Asiya və Okeaniya – 364 mlrd. USD (+2,4%)
• Mərkəzi və Cənubi Asiya – 61,7 mlrd. USD (-32,7%)
• Şərqi Asiya – 243 mlrd. USD (+4,1%)
• Cənubi-Şərqi Asiya – 31 mlrd. USD (+2,7%)
• Okeaniya – 28,6 mlrd. USD (-1,2%)

Avropa – 406 mlrd. USD (+0,2%)
• Şərqi Avropa – 80,5 mlrd. USD (+10,2%)
• Qərbi və Mərkəzi Avropa – 326 mlrd. USD (-1,9%)

Yaxın Şərq – 123 mlrd. USD (+4,6%)

Hərbi xərclərinin həcminə görə SIPRI-nin ilk onluğunda da 2010-cu illə müqayisədə dəyişiklik olub.

• İlk onluqda birinci yeri 711 mlrd. USD ilə ABŞ tutur. ABŞ-ın xərclərində 2010-cu illə müqayisədə 1,2% azalma olub.
• İkinci yerdə 143 mlr. USD ilə Çingəlir və Çinin hərbi xərcləri 2010-cu illə müqayisədə 6,7% artıb.
• 2010-cu ildə beşinci sırada qərarlaşmış Rusiya 2011-ci ildə hərbi xərclərini 9,3% artıraraq siyahıda üçüncü yerə yüksəlib. Ötən il Rusiya silahlanmaya 71,9 mlrd. USD ayırıb.
• 2010-cu ildə üçüncü sırada yer almış Böyük Britaniya 0,4% azalma ilə bir pillə geriləyərək dördüncü yerdə qərar tutub. Böyük Britaniyanın hərbi xərcləri 62,7 mlrd. USD təşkil edib.
• 2010-cu ildə hərbi xərclərinə görə dünyada dördüncü olan Fransa isə 2011-ci ildə siyahıda 62,5 mlrd. USD ilə beşinci olub. Fransanın hərbi xərcləri 1,4% azalıb.
• SİPRİ-nin siyahısında Yaponiya2010-cu ildə qərarlaşdığı 6-cı yeri 59,3 mlrd. USD ilə qoruyub. Ötən il Yaponiya hərbi xərclərini artırmayıb.
• 2010-cu ildə siyahıda 9-cu yerdə dayanan Hindistan 2011-ci ildə 48,9 mlrd. USD ilə 7-ci yerə qalxıb. Hindistanın hərbi xərcləri 4,9% azalıb.
• 2010-cu ildə siyahının 7-ci pilləsində dayanmış Səudiyyə Ərəbistanı isə 2011-ci ildə bir pillə geriləyərək 48,5 mlrd. USD ilə 8-ci pilləyə enib. Baxmayaraq ki, Səudiyyə Ərəbistanının hərbi xərclərində isə 2,2% artım olub.
• 2010-cu ildə siyahıda 8-ci olan Almaniya 2011-ci ildə 46,7 mlrd. USD ilə 9-cu pilləyə enib. Almaniyanın hərbi xərcləri 3,5%i azalıb.
• Siyahının 10-cusu isə 2010-cu ildə hərbi xərclərinin həcminə görə 11-ci dövlət sayılan Braziliya olub. Ötən il hərbi xərclərini 8,2% azaldan Braziliya hərbi sahəyə 35,4 mlrd. USD ayırıb.

Qeyd edək ki, ötən il Avropa regionunda hərbi xərclərin ən böyük artımı – 89% Azərbaycanda olub.

CATEGORIES