“Otokar” MENA regionunda yeni əməkdaşlıqlar hədəfləyir
Türkiyənin “Otokar” şirkəti 4-7 dekabr tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçirilən EDEX 2023 sərgisində “Tulpar” piyada döyüş maşınını (PDM) və 30 mm-lik “Mızrak” qüllə sistemini nümayiş etdirir.
Bu barədə “Poliqon”a “Otokar” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
EDEX 2023 sərgisi ilə bağlı fikirlərini bölüşən “Otokar”ın baş direktoru Serdar Görgüç bildirib ki, şirkət istehsalı olan hərbi maşınlar Yaxın Şərq və Şimali Afrika (MENA – Middle East and North Africa) regionunda uğurla istifadə edilir.
“Üstün dizayn, sınaq və istehsal imkanlarımız sayəsində istifadəçilərimizin daim inkişaf edən ehtiyac və gözləntilərinə tez cavab veririk. Biz EDEX 2023 sərgisində iştirak etməkdən çox şadıq. Sərginin MENA regionunda yeni əməkdaşlıqların inkişafı üçün əla fürsət olduğuna inanırıq”, – deyə Serdar Görgüç qeyd edib.
“Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-ya qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Modulluğa perspektivli dizayn yanaşması geniş çeşidli avtomobil variantlarında ümumi komponentlərdən və şassidən istifadə etməklə əməliyyat çevikliyini artırır. “Tulpar” müştərilərə ümumi alt sistemləri bölüşən bir neçə variantla təqdim olunur.
Çətin iqlim və ərazi şərtlərində sınaqdan keçirilmiş “Tulpar” modul zireh texnologiyası və təhlükələrə görə konfiqurasiya edilib miqyası ölçülə bilən zireh quruluşu sayəsində öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir. Zirehli texnika 105 mm-ə qədər yüksək atış və məhvetmə gücü tələb edən missiyalarda effektiv həll təmin edir. Yüksək hərəkət qabiliyyətinə sahib “Tulpar” şəhər, yaşayış məntəqələri və yüngül körpülərdən meşəlik bölgələrə və müxtəlif relyefli ərazilərə qədər hər cür əməliyyat mühitində, habelə əsas döyüş tanklarının ağır çəkilərinə görə fəaliyyət göstərə bilmədiyi yumşaq səthlərdə xidmət edə bilir.