
Bu il Türkiyənin “Otokar” şirkətinin müdafiə sənayesi məhsullarının satışında artım olub.
“AzeriDefence”nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Otokar” şirkətinə olan sifarişlərin əsas hissəsini 4×4 təkər formuluna malik zirehli və yolsuzluq avtomobilləri təşkil edib.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində 2015-ci ilin eyni dövrünə görə, 4×4 təkər formuluna malik yolsuzluq avtomobillərinin satışı 23 faiz, zirehli avtomobillərin satışı 53 faiz artıb.
Ötən ilin 9 ayında 291 ədəd zirehli hərbi maşın satışını reallaşdıran “Otokar” 2016-cı ilin qeyd olunan dövründə 444 ədəd zirehli maşın satıb.
Hazırda “Otokar”ın hərbi texnikalarının Türkiyə daxil olmaqla, dünyanın 30-dan çox ölkəsində 40-dan artıq istifadçisi var.



