OTOKAR zirehli maşınları Avropada diqqət mərkəzində – FOTOLAR

OTOKAR zirehli maşınları Avropada diqqət mərkəzində – FOTOLAR

Türkiyənin “Otokar” şirkəti 13-17 iyun tarixlərində Fransanın Paris şəhərində keçirilən “Eurosatory-2022” müdafiə sənayesi sərgisində 6 müxtəlif təyinatlı zirehli texnikasını sərgiləyir.

“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan “Eurosatory-2022”də təkərli və tırtıllı zirehli maşınları ilə yanaşı quru sistemlərindəki istehsal imkanlarını tanıdır.

5 gün davam edəcək sərgidə “Otokar” şirkəti “Tulpar” zirehli maşın ailəsinin 105 mm-lik top ilə silahlanmış “Tulpar” orta ağırlıqlı tankı və 30 mm-lik “Rafael Samson” döyüş qülləsi ilə inteqrasiya olunmuş “Tulpar” piyadanın döyüş maşını, “Arma” zirehli maşın ailəsinin 30 mm-lik “Mızrak” döyüş qülləsi ilə təchiz olunmuş “Arma 8×8” və 25 mm-lik “Mızrak” qülləsi ilə təchiz olunmuş “Arma 6×6” zirehli maşınlarını, habelə, minaya davamlı, pusqudan qorunan “Cobra II” MRAP avtomobili və “Cobra II” personal daşıyıcısını nümayiş etdirir.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç “Eurosatory-2022” sərgisinin çox əhəmiyyətli tədbir olduğunu deyib. Onun sözlərinə görə,1990-cı illərdə “Otokar” Türkiyənin ilk zirehli maşınını xaricdə sərgiləməyə qərar verəndə ilk seçimi “Eurosatory” olub. O vaxtdan bəri bu sərgi “Otokar” üçün müştəriləri ilə tanış olmaq və tərəfdaşlıq əlaqələri qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

“NATO və BMT təchizatçısı kimi “Otokar”ın hərbi maşınları 35-dən çox ölkədə 55-dən çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir. Quru sistemlərində və əlaqəli “Ar-Ge” (araşdırma və inkişaf), mühəndislik və sınaq fəaliyyətlərində, döyüşdə sübut edilmiş “nou-hau”, eləcə də geniş məhsul çeşidimiz bizi qlobal müdafiə sənayesində ön sıralara aparır”, – deyə “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc vurğulayıb.

Şirkət direktoru bildirib ki, “Otokar” beynəlxalq müdafiə sənayesində qlobal brend olaraq “Otokar Central Asia” və “Otokar Land Systems” törəmə şirkətləri sayəsində Mərkəzi Asiya və Körfəz Bölgəsində mövcud və potensial müştərilərinin ehtiyaclarını qarşılamaqda davam edir. Onun sözlərinə görə, öz imkanlarını təkmilləşdirməyə davam edən “Otokar” şirkəti müxtəlif regionlarda genişlənmə imkanları axtarışındadır.

ARMA zirehli maşınları

“Arma 8×8” zirehli maşını

“Otokar” şirkətinin “Eurosatory-2022” sərgisində nümayiş etdirdiyi “Arma 6×6” və “Arma 8×8” zirehli maşınları yüksək ballistik və mina mühafizəsi olan zirehli monokok korpusu, müxtəlif texniki xüsusiyyətlərə malik missiya avadanlığı və ya silah sistemlərinin inteqrasiyasına imkan verən modul bir platformadır. “Arma” zirehli maşınlarında 7.62 mm-dən 105 mm-ə qədər olan silah sistemlərindən istifadə edilə bilər. “Arma” müasir orduların döyüş və sülhməramlı əməliyyatlarında sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verə bilir. Zirehli avtomobil amfibiya dəsti sayəsində heç bir hazırlıq görmədən suda üzə və 8 km/saat sürətlə hərəkət edə bilir.

TULPAR zirehli maşınları

Otokar Tulpar 1

“Tulpar” orta ağırlıqlı tankı

Sərgidə “Otokar” tərəfindən nümayiş etdirilən “Tulpar” ailəsinin “Tulpar” orta ağırlıqlı tankı və “Tulpar” piyadanın döyüş maşını hərəkət qabiliyyəti, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar” zirehli vasitələri gələcək qlobal tələblərə tam cavab vermək üçün 28000 kq-dan 45000 kq-a qədər dəyişən variantları olan çoxməqsədli texnika kimi dizayn edilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, modulluğun gələcəyə yönəlmiş perspektivi sayəsində geniş çeşidli zirehli texnika variantlarında ümumi şassi və komponentlərdən istifadə edilməklə əməliyyat çevikliyi artırılacaq.

Otokar Tulpar 2

“Tulpar” piyadanın döyüş maşını

Dünyanın müxtəlif yerlərində müxtəlif istifadəçilər tərəfindən ən çətin iqlimlərdə və ərazilərdə sınaqdan keçirilmiş “Tulpar”, təhlükələrə uyğun olaraq konfiqurasiya edilə və miqyaslana bilən zireh quruluşu ilə öz sinfində ən yaxşı ballistik və mina mühafizəsinə malikdir.

“Tulpar”, yüksək atəş gücü tələb edən missiyalarda effektiv həll təmin etməklə yanaşı, müxtəlif yaşayış məntəqələri və yüngül körpülərdən tutmuş meşəlik ərazilərə, xüsusən də əsas döyüş tanklarının işləyə bilmədiyi yumşaq səthlərə qədər hər cür döyüş mühitində xidmət göstərə bilir.

COBRA zirehli maşınları

Sərgidə “Otokar”ın nümayiş etdirdiyi digər zirehli maşını “Cobra II”, yüksək səviyyəli qoruma, faydalı yükgötürmə

Otokar CobraII MRAP 1

“Cobra II” MRAP avtomobili

qabiliyyəti və geniş daxili həcm ilə seçilir. Üstün hərəkət qabiliyyətinə malik “Cobra II” sürücü və komandir də daxil olmaqla 10 nəfər heyəti daşıya bilir. “Cobra II” taktik təkərli zirehli nəqliyyat vasitəsi mina, improvizə edilmiş partlayıcılar və ballistik təhdidlərə qarşı üstün qorumanı təmin edir.

4×4 təkər formuluna sahib “Cobra II” dünyanın müxtəlif yerlərində, ən çətin ərazi və iqlim şəraitində sınaqdan keçirilib və minlərlə mil məsafə qət edib. Xüsusilə geniş çeşiddə silah və missiya avadanlığı inteqrasiyası seçimləri üçün dizayn edilən “Cobra II” təcili yardım, komanda-nəzarət, kəşfiyyat, sərhəd mühafizəsi, eləcə də daxili təhlükəsizlik və sülhməramlı missiyalarda uğurla istifadə edilir.

Otokar CobraII

“Cobra II” personal daşıyıcısı

“Arma 6×6” zirehli maşını

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS