RegionSənaye

Özbəkistan hərbi-sənaye sektorunun formalaşdırılması məqsədilə dövlət qurumu yaradılır

Özbəkistanda hərbi-sənaye sektorunun formalaşdırılması və inkişafı üçün dövlət qurumunun yaradılması məsələsi gündəmə gəlib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Şövkət Mirzoyev Özbəkistan Silahlı Qüvvələrinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirində çıxışı zamanı danışıb.

Prezident Özbəkistanda hərbi-sənaye kompleksi yaradılmasının vacibliyini bildirib.

Dövlət başçısı bildirib ki, Özbəkistan Ordusunun müasir hərbi texnika, silahlarla təmini, hərbi texnikanın  modernləşdirilməsi məsələsi prioritet məsələyə çevrilir.

Ş. Mirzoyev hərbi-sənaye kompleksi yaradılması üçün 2017-2021-ci illər üçün proqramın hazırlanmasına dair göstəriş də verib.

Back to top button