Özbəkistan milli PUA-ların istehsalına başlayıb
Özbəkistan müasir texnologiyalar əsasında, beynəlxalq texniki tələblərə və standartlara cavab verən “Loçın” adlı milli pilotsuz uçuş aparatların (PUA) istehsalına başlayıb.
Bu barədə “Poliqon” Özbəkistan Müdafiə Sənayesi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verib.
“Loçın” PUA zərbə, real vaxt rejimində müşahidə, kəşfiyyat və artilleriya atəşinə nəzarət də daxil olmaqla müxtəlif məqsədlər üçün nəzərdə tutulub.
Bildirilib ki, PUA-ların istehsalı üçün Elmi-Tədqiqat və İstehsalat Mərkəzi yaradılıb. Mərkəz pilotsuz uçuş aparatlarının hazırlanması, istehsalı, o cümlədən istifadə müddətində yaranan təmir və texniki xidmətlər üçün montaj dəstləri, texnoloji və xüsusi avadanlıq, sınaq (sınaq laboratoriyası) avadanlıqları kimi texnoloji avadanlıqlarla tam təchiz olunub.
Məlumatda o da qeyd olunub ki, milli PUA layihəsi Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda həyata keçirilir.
Rizvan Fikrətoğlu