![Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub](https://poliqon.az/wp-content/uploads/2022/12/8cde62c68a8f767305ac573a258c1e14-e1669928802143.jpg)
Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub
Dekabrın 1-də Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Özbəkistan müdafiə nazirinin müavini – Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.