Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olub.

Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycanda səfəri davam edir.

CATEGORIES