Özbəkistanın müdafiə sənayesinin məhsulları: “Arslon” ZTR-ləri və “To’fon” ÖAQ-ı – TƏHLİL

Özbəkistanın müdafiə sənayesinin məhsulları: “Arslon” ZTR-ləri və “To’fon” ÖAQ-ı – TƏHLİL

Özbəkistan öz müdafiə sənayesi kompleksini qurmağa və ehtiyac duyduğu silah və hərbi texnikanı inkişaf etdirməyə çalışır. Bu il o, ağır silah və hərbi texnika sahəsində əldə etdiyi nailiyyətləri geniş ictimaiyyətə nümayiş etdirib.

“Poliqon”un məlumatına görə, artıq geridə qalan IDEX-2025 (17-21 fevral 2025-ci il, Əbu-Dabi, BƏƏ) meydançasında “Arslon 8×8” və “Arslon 6×6” ümumi adı altında iki zirehli transportyor (ZTR), həmçinin zirehli yük maşınının şassisi üzərində yerləşən 155 mm-lik “To’fon” təkərli özüyeriyən artilleriya qurğusu (ÖAQ, haubitsa) təqdim edib.

Bu məmulatların hamısı Özbəkistan Müdafiə Nazirliyinin yanında Müdafiə Sənayesi Agentliyinin (MSA) və digər təşkilatların iştirakı ilə hazırlanıb. Daşkənd zavodu “Krantas Group” sınaq nümunələrinin yığılmasını həyata keçirib.

6×6 və 8×8 “Arslon” variantlarında olan ZTR-lər NATO standartlarına uyğun olaraq hazırlanıb ki, bu da Özbəkistanın Rusiya təkərli zirehli maşınlarından tədricən uzaqlaşmağı planlaşdırdığını göstərə bilər.

Xarici müəssisələrin köməyi ilə daxili inkişaf

490349260 1216901419935134 4606488886297803972 nBir neçə il əvvəl Özbəkistanın ali hərbi-siyasi rəhbərliyi müdafiə sənayesi qarşısında ordu üçün zirehli texnikanın bir neçə yeni modelinin hazırlanması vəzifəsini qoyub. Xüsusilə köhnəlmiş sovet istehsalı olan maşınları əvəz etmək üçün yeni zirehli transportyor tələb olunurdu.

Bu kontektsdən irəli gələrək, Özbəkistan Silahlı Qüvvələri üçün yeni zirehli transportyorun hazırlanması üzrə taktiki-texniki tapşırığın icrası MN MSA-ya həvalə edilib. Bu işə bir neçə yerli və xarici şirkət subpodratçı və zəruri komponentlərin tədarükçüsü kimi cəlb edilib. Sınaq və seriyalı texnikaların istehsalının isə həyata keçirilməsi Daşkənddəki “Krantas Group” zavodunda planlaşdırılıb.

Qeyd edək ki, Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyi dövlət və özəl şirkətləri birləşdirən müəssisələr klasteri yaradıb. Bu, tam istehsal dövrü qurmağa və xarici təchizatçılardan asılılığı azaltmağa imkan verir.

Sovet zirehli texnikalarının çatışmazlıqları

Digər sovet tespublikaları kimi, Özbəkistan Silahlı Qüvvələri də əsasən Sovet və Rusiya istehsalı BTR-60, BTR-70, BTR-80 və BTR-82 zirehli transportyorlarından istifadə edir. Yeni layihələr olan “Arslon” ZTR və “To’fon” ÖAQ isə Özbəkistanın milli müdafiə potensialının inkişafı və xarici təchizatçılardan asılılığın azaldılması istiqamətində bir addımdır.

Sovet zirehli transportyorları kütləvi istehsala vurğu etməklə hazırlanıb. Maşınların hazırlanmasında istifadə olunan əsas materiallar yüksək möhkəmliyi təmin etməyən alüminium və polad idi. Əsas çatışmazlıqlardan biri mühərrikin arxada yerləşdirilməsi idi ki, bu da desantı yan lyuklar vasitəsilə avtomobildən çıxmağa məcbur edir və düşmən atəşi riskinin artmasına səbəb olur.

489281762 1216882136603729 9173097310245086395 nHələlik bu maşınların istismara verilməsi ilə bağlı rəsmi planlar açıqlanmayıb. Lakin yaxın gələcəkdə köhnə texnikalar yeni “Arslon” ailəsi ilə əvəz oluna bilər.

2024-cü ilin iyul ayında MSA öz işinin ilk nəticələrini təqdim edib. Tanıtım videosunda digər məmulatla yanaşı, “Arslon” (özb. “Aslan”) adlı yeni zirehli transportyor da nümayiş etdirilib. Dörd oxlu təkərli şassi üzərində olan zirehli maşın statik vəziyyətdə və hərəkətdə nümayiş etdirilib. Bu zaman onun xarici və daxili bölmələrini nümayiş etdirilib. Layihənin bəzi xüsusiyyətləri və maşının taktiki-texniki xüsusiyyətləri də rəsmi olaraq açıqlanıb.

Elan edildiyi kimi, yeni “Arslon” əsas müasir ideyalar və həllərdən istifadə edilməklə yaradılıb. Konstruksiya xarici istehsal komponentlərdən geniş istifadə edir, mühafizə və digər parametrlər NATO standartlarına uyğundur. Ümumilikdə, zirehli maşın yüksək xüsusiyyətlərə malik müasir model kimi təsvir edilib.

Tanıtım videosu təqdim olunan vaxtadək sınaq “Arslon 8×8” ZTR artıq ilk yoxlamalardan keçmiş və qoşun sınaqlarına çıxmışdı. Yaxın gələcəkdə sınaq və təkmilləşdirmə prosesinin başa çatdırılması planlaşdırılır ki, bundan sonra ZTR silahlanmaya qəbul edilə bilər. Lakin həmin dövrdə işlərin yekunlaşması və texnikanın qoşunlara çatdırılmasına başlanmasının dəqiq tarixləri açıqlanmayıb.

“Krantas Group” zavodu rəhbərliyinin sözlərinə görə, perspektivli “Arslon” ZTR-nin yaxın vaxtlarda silahlanmaya qəbul edilməsi planlaşdırılır. Bu yaxınlarda isə məlum olub ki, fərqli konfiqurasiyada oxşar zirehli maşın paralel olaraq hazırlanır və əslində söhbət yeni zirehli maşınlar ailəsindən gedir.

Ailənin iki üzvü olan “Arslan 8×8” və “Arslan 6×6” ZTR: Özbəkistan zirehli texnikasının yeni dövrü

490109707 1216882066603736 2169075666035014019 nYuxarıda qeyd edildiyi kimi, Özbəkistan MSA IDEX 2025 beynəlxalq müdafiə sərgisində müxtəlif tipli üç zirehli texnikanın daxil olduğu bir sıra müasir inkişaflarını – ümumi adı “Arslon” olan 6×6 və 8×8 təkər formullu iki zirehli transportyor, həmçinin 155 mm-lik “To’fon” təkərli ÖAQ təqdim edib.

Beləliklə, ilk dəfə ötən il təqdim edilən “Arslon” zirehli transportyoru daha da təkmilləşdirilib. Onun əsasında fərqli şassi konfiqurasiyası və digər dəyişikliklərlə unifikasiya edilmiş zirehli maşın yaradılıb. Ümumiyyətlə, “Arslon 8×8” ZTR-nin universal platformaya çevrilməsindən və gələcəkdə bütün zirehli texnika ailəsinin formalaşmasından danışmaq olar.

“Arslon” ZTR-nin üç oxlu versiyasının planları hələ dəqiqləşdirilməyib. Yəqin ki, o, yaxın vaxtlarda sınaqlardan keçməli olacaq, nəticələrinə əsasən qərar veriləcək. Tamamilə mümkündür ki, Özbəkistan Müdafiə Nazirliyi hər iki növ texnikanı silahlanmaya qəbul etsin və onlar üçün öz tətbiq sahələrini tapsın.

Beynəlxalq sərgidə iki yeni zirehli transportyorun nümayişi Özbəkistan MN MSA-nın xarici müştərilər tapmaq istəyindən xəbər verə bilər. Bundan başqa, bunu xarici işlənmələrdən və idxal olunan komponentlərdən istifadə, həmçinin NATO standartlarına uyğunluq sübut edir. Bununla belə, “Arslon” ZTR-nin müasir xarici modellərlə tam rəqabət aparmaq qabiliyyəti ədalətli şübhələr yaradır. Buna görə də, bu zirehli maşının xarici bazara çıxması da şübhə altındadır.

Unifikasiya edilmiş zirehli maşınlar

“Arslon” ümumi adı altında olan iki ZTR müəyyən dərəcədə konstruktiv baxımından oxşardır. Bu layihələr ümumi mühəndislik, komponovka və digər həllərdən istifadə edir. Eyni zamanda, maşınlar, ilk növbədə, gövdənin və gediş hissəsinin konstruksiyasında bir sıra əhəmiyyətli fərqlərə malikdir. Onlar həmçinin ölçü və çəki ilə fərqlənirlər, lakin oxşar döyüş qabiliyyətlərinə malik olmalıdırlar.

Hər iki “Arslon” mövcud ZTR-lər üçün ənənəvi konstruksiyanın qaynaqlanmış zirehli gövdəsinə malikdir. Mühərrik və idarəetmə bölməsi burun hissəsində yerləşir, gövdənin qalan hissəsi isə desant bölməsi üçün ayrılıb. Transmissiyanın aqreqatları desant bölməsinin döşəməsinin altında yerləşir. Gövdələr formada və kiçik hissələrin yerləşməsinə görə cüzi fərqlənir.

489952994 1216882206603722 7207392479545444804 n“Arslon” ZTR-lərin yaradıcıları yüksək səviyyəli və modul ballistik, mina və əldəqayırma partlayıcı qurğulardan (Improvised Explosive Device – İED) qorunma kimi üstünlüklərini vurğulayır.

Bort sistemlərinə əlavə lazer aşkarlama və xəbərdarlıq, qeyri-müəyyən aktiv müdafiə sistemi, atışı aşkar etmə sistemi və 360 dərəcə situasiya məlumatlılığı dəsti daxildir.

Yaradıcı şirkətdən bildirilib ki, “Arslon 8×8” və “Arslon 6×6” zirehli transportyorları müasir mühafizə və manevr tələbləri nəzərə alınmaqla hazırlanıb. “Havztez Defense” şirkətinin mühəndisləri zirehləri gücləndirmək üçün kompozit materiallardan istifadə ediblər.

Onların kifayət qədər yüksək mühafizə dərəcələri olduğu elan edilir. Bildirilir ki, “Arslon 8×8” ZTR-in gövdəsinin frontal (ön) proyeksiyası 30 mm-lik mərmi zərbəsinə tab gətirə bilir – bu, NATO STANAG 4569 standartının 6-cı səviyyəsinə (Level 6) uyğundur. Digər proyeksiyalar 4-cü səviyyəyə (Level 4) uyğun olaraq 14,5 mm-lik güllələrdən qorunur. Minadan qorunma 4a/4b səviyyəsinə (Level 4a/4b) uyğundur və təkər və ya dib altında 10 kq trotilin partlamasından mühafizə edir. İkinci versiya, “Arslon 6×6” ZTR eyni mühafizə sistemlərinə və avadanlıqlara malikdir, fərqlər texniki xüsusiyyətlərlə məhdudlaşır.

“Arslon 8×8” ZTR-i 600 at gücündə dizel mühərriki ilə, “Arslon 6×6” ZTR-i isə 450 at gücündə dizel mühərriki ilə təchiz edilib. Yeni versiya maşın yüksəldilmiş nisbi gücə malikdir ki, bu da ona daha yüksək gediş xüsusiyyətləri verir. Onun maksimal sürəti “Arslon 8×8” ZTR üçün 100 km/saatla müqayisədə 110 km/saat olaraq göstərilib.

Yanacaq üzrə “Arslon 8×8” ZTR-in elan edilmiş uçuş məsafəsi 700 km, “Arslon 6×6” transportyorunun isə 600 km təşkil edir. “Arslon 8×8” ZTR-in boş kütləsi 32 ton, “Arslan 6×6” ZTR-in boş kütləsi isə 21,72 tondur.

490756125 1216901416601801 1840399829872467719 n“Arslon 8×8” ZTR-in qabarit ölçüləri – uzunluğu 8,84 m, eni 3,3 m və hündürlüyü 3,43 m (qüllə ilə birlikdə) təşkil edir. İkinci variantın qabarit ölçüləri isə – uzunluğu 7,25 m, eni 2,95 m və hündürlüyü 3,5 m (qüllə ilə birlikdə) təşkil edir. Bu, “Arslon 6×6” ZTR-i xüsusilə çevikliyin kritik olduğu şəhər döyüşləri və daha böyük nəqliyyat vasitələrinin daxil olmaqda çətinlik çəkə biləcəyi dar məkanlarda naviqasiya üçün uyğun edir.

Hər iki ZTR maneələri dəf etməklə yolsuzluqda və kobud ərazilərdə hərəkət etmək qabiliyyətinə malikdir. Maşınlar 1,5 m dərinliyə qədər su maneələrini, 30 sm hündürlüyünə qədər şaquli maneələri aşa və 30% irəli və 20% yan maillikli yamaclara dəf edə bilir. Böyük kütlələrinə görə hər iki məmulat üzə bilmir.

IDEX-2025 sərgisində “Arslon” zirehli maşınları tam ölçülü uzaqdan idarə olunan döyüş modulu-qüllə (Remote Weapon Station – RWS) ilə nümayiş etdirilib. Bu modul 30 mm-lik avtomatik top (yəqin ki, 2A42), 7,62 mm-lik pulemyot (ehtimal ki, PKTM), tüstü qumbaraatanları və optik-elektron atəşi idarəetmə vasitələri ilə təchiz olunub. İlk nümayiş zamanı “Arslon 6×6” fərqli tipli, lakin analoji silah və avadanlıqlara malik modulla təqdim edilib.

ZTR-lərin konstruksiyası raketlər də daxil olmaqla, müxtəlif silahlanma tərkibinə malik digər döyüş modullarından istifadə etməyə imkan verir. Modul seçimi və onun konfiqurasiyası sifarişçinin istəyinə bağlıdır.

Maşınlar həmçinin kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) sistemi, o cümlədən yanğının söndürülməsi və partlayışın qarşısının alınması sistemi ilə təchiz olunub.

“Arslon” ZTR-in hər iki versiyası üç nəfərdən ibarət heyət tərəfindən idarə olunur. Buraya sürücü-mexanik, komandir və tuşlayıcı-operator daxildir. “Arslon 8×8” ZTR-də 8 nəfərlik desant bölməsi var. ZTR-in ikinci variantının desant bölməsində cəmi 6 silahlı əsgər yerləşir. Hər iki zirehli maşın minmə və enmə üçün arxa enişdən (apparel) istifadə edir.

Özüyeriyən artilleriyada ilk addım

491364530 1217007896591153 5924743238407087448 nMüasir hərbi münaqişələr artilleriyanın əhəmiyyətini təsdiqləyir. Council on Foreign Relations (CFR) məlumatına görə, Ukraynadakı münaqişədə itkilərin 80%-i artilleriya zərbələri nəticəsində baş verir. Ənənəvi yedəkli silahlar köhnəlib və onları tez bir zamanda açmaq və təxliyyə etmək çətindir.

“To‘fon” ÖAQ zirehli 6×6 təkər formullu şassi əsasında hazırlanıb. Onun döyüş kütləsi 27 tondur. 335 at gücünə malik dizel mühərriki saatda 100 km sürətlə hərəkəti təmin edir. Əsas silah lülə uzunluğu 52 çap (L52) olan 155 mm-lik haubitsadır. Haubitsa NATO standartlarına uyğun atəş yığımlarından istifadə edir. Haubitsanın markası və istehsalçısı haqqında məlumat açıqlanmır. Çox güman ki, haubitsa Avropa ölkələrinin birində istehsal olunur və yük avtomobili artilleriya hissəsinə uyğunlaşdırılıb. Məlum olan odur ki, haubitsa dəqiqədə 7 mərmiyə qədər sürətlə atəş açmağa imkan verən avtomatlaşdırılmış doldurucu ilə təchiz olunub. Atış məsafəsi 50 km-dir (yəqin ki, bu göstərici aktiv-reaktiv mərmi üçündür).

Müasir inkişaflar və modernləşmə nümunələri

Beləliklə, Özbəkistan müdafiə sənayesi özü üçün yeni istiqamət inkişaf etdirməkdə davam edir və bu prosesin nəticələrini mütəmadi olaraq nümayiş etdirir. Keçən yay ilk dəfə o vaxta qədər qoşun sınaqlarına çıxarılan “Arslon 8×8” ZTR-ini nümayiş etdirib və bu ilin fevral ayında unifikasiya edilmiş üç oxlu avtomobil təqdim edib.

491326063 1217007953257814 1765446878823078344 nÇox güman ki, “Arslon” ZTR-in hər iki modifikasiyası hazırda sınaqlardan keçirilir, nəticələri onların gələcəyini müəyyən edəcək. ZTR-lər sınaqlardan uğurla keçərsə, Özbəkistan Müdafiə Nazirliyi onları silahlanmaya qəbul edəcək və seriyalı istehsalı sifariş edəcək. Bu, sovet dövründə istehsal edilmiş köhnəlmiş zirehli transportyorları əvəz edəcək.

Xatırladaq ki, Özbəkistan müdafiə sənayesi müəssisələri tərəfindən ölkənin Müdafiə Nazirliyinin sifarişi əsasında 2018-2019-cu illərdə Silahlı Qüvvələrin arsenalında yer alan köhnəlmiş silahların, hərbi texnikaların, o cümlədən artilleriya sistemlərinin modernizasiyası həyata keçirilib.

Artilleriya hissəsinin BTR-D desantın zirehli transportyorunun üzərindən çıxararaq BTR-60 zirehli transportyoruna quraşdırılmaqla 120 mm 2S9 “Nona-S” özüyeriyən artilleriya-minaatanı qurğusu (ÖAMQ) və karbürator mühərrikli Ural-375 avtomobilinin üzərindən çıxarılmaqla bir nümunə Ural-43206, digəri KamAZ-43118 yük avtomobillərinin şassisində quraşdırılmaqla 122 mm-lik BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərinin (YARS) döyüş maşınları modernləşdirilib. Bu texnikalar 2020-ci ilin iyun ayında Özbəkistan Silahlı Qüvvələrinin Mərkəz Hərbi Dairəsinin Kattakurqan poliqonunda sınaqdan keçirilib.

Özbəkistan Müdafiə Nazirliyinin açıqlamasına görə, modernləşdirmə nəticəsində 2S9 “Nona-S” ÖAMQ-nin hərəkət sürəti 80 km/saatadək artırılıb. Həmçinin hərəkətdə olduğu zamanı hədəflərin məhv edilməsinin dəqiqliyi yüksəldilib. Modernləşdirilmiş GM-21MK “Boron” YARS-da isə şassi dəyişdirilməklə yanaşı, müasir avtomatlaşdırılmış atəşi idarəetmə sistemi və naviqasiya cihazları, həmçinin məsafədən idarəetmə sistemi ilə təchiz olunub. Modernləşdirilmiş GM-21MK “Boron” YARS-nin atəş məsafəsi 40 km-ə çatdırılıb.

Yeni layihələrdən gözləntilər

Xatırlamaq lazımdır ki, “Arslon” zirehli transportyorunun texniki görünüşü beynəlxalq bazarın tələb və istəkləri nəzərə alınmaqla formalaşıb. Müvafiq olaraq, xarici alıcılar üçün tam hüquqlu axtarışın başlaması və hadisələr müsbət inkişaf edərsə, hətta ilk müqavilələrin bağlanması da gözləninəndir.

Bu yeni zirehli transportyorlar və özüyeriyən artilleriya qurğusu ilə Özbəkistan təkcə öz müdafiəsini gücləndirmir, həm də hərbi innovasiyalar üzrə regional lider kimi özünü göstərir. Bununla belə, Özbəkistan MN MSA və onun podratçıları hələ çox optimist olmamalıdırlar. Özbəkistan ordusunun yenidən silahlanması kontekstində onların yeni inkişafı həqiqətən də böyük perspektivlərə malikdir. Bununla belə, beynəlxalq bazarda iki “Arslon” məmulatı sərt rəqabətlə üzləşəcək və digər APC-ləri keçmək çox çətin olacaq.

Əhəd Vahidoğlu              

CATEGORIES
TAGS