
Rusiyanın 5-ci nəsil döyüş təyyarəsi hesab olunan T-50 PAK FA yeni mühərriklə uçacaq.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə məlumat Rusiyanın Birləşmiş Mühərrikqayırma Korporasiyasının (orjinal adı: Объединенной двигателестроительной корпорация – ОДК) mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
Hazırda Rusiyanın 5-ci nəsil döyüş təyyarəsi hesab olunan PAK FA 117S markalı mühərriklə uçuşları həyata keçirir.
T-50 yeni mühərriklə uçuşunu isə 2017-ci ilin sonunda həyata keçirə biləcək.
Yeni mühərrikin texniki xüsusiyyətləri haqda ətraflı məlumat verilməsə də bildirilib ki, o daha müasir tələblərə cavab verəcək və təyyarənin manevr imkanlarını artıracaq.
Qeyd edək ki, Hindistan da PAK FA-nın əvvəlki mühərriki ilə almaqdan imtina etmişdi.
Xatırladaq ki, PAK FA Rusiya döyüş aviasiyası sektorunun son nümunəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib. PAK FA-nın 2018-ci ildə silahlanmaya verilməsi nəzərdə tutulur.



