Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri MSN-də olub

Martın 1-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Dostluq və mehribançılıq şəraitində keçən görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Xalid Şamim Vayn səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə hər iki ölkənin fövqəladə və səlahiyyətli səfirləri iştirak edib.

KATEQORIYA: