Pakistan Hatf IV Shaheen-1A balistik raketini test etdi

Pakistan Hind okeanı akvatoriyasında Hatf IV Shaheen-1A strateji raketini müvəffəqiyyətlə sınaqdan keçirib. Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr mərkəzinə (İSPR) istinadən məlumat verib.

Eyni zamanda nüvə döyüş başlıqlarını daşıma imkanına malik olan raketin hərəkət radiusu – 4,5 min kilometrə qədərdir.

Ballistik raketinin planlaşdırılan sınağı haqqında Pakistan qonşu Hindistanı və digər ölkələrə öncədən xəbərdarlıq edib.

Məlumatda qeyd olunub ki, Hazırda Pakistan Hatf IV Shaheen 1A raketlərinin daha müasir və təkmilləşmiş versiyası üzərində işləyir.

KATEQORIYA: