Müdafiə

Pakistan HDQ Akademiyasının rəisi Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Bu barədə “AzeriDefence” yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşərək hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.

Back to top button