
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın Azərbaycana səfəri planlaşdırılır.
“AzeriDefence”nin məlumatına görə, marşal Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya sentyabrın 19-da gələcək.
Pakistan nümayəndə heyətinin Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşləri, HHQ-nin bazalarına səfəri nəzərdə tutulur.
Görüşdə Pakistan və Azərbaycan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.



