
Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycana səfəri başlayır.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.




