Pentaqon IAI şirkətinə POİNT BLANK süzən sursatı sifariş edib

Pentaqon IAI şirkətinə POİNT BLANK süzən sursatı sifariş edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni hibrid elektro-optik idarə olunan raketin hazırlanması və tədarükü üçün “Іsrael Aerospace Industries” (IAI) şirkəti ilə uzunmüddətli, çox milyon dollarlıq müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Іsrael Aerospace Industries” şirkəti məlumat yayıb.

IAI əsgər bel çantasında daşına bilən POINT BLANK elektro-optik idarə olunan raketini təqdim edib. Sistem kiçik taktiki komandalardan tutmuş tabor səviyyəsinə qədər müxtəlif ölçülü taktiki bölmələrin öldürmə qabiliyyətini artırmaq üçün müstəqil və üzvi qabiliyyətlə təmin etməkdən ötrü döyüş meydanının tələbinə cavab verir.

POINT BLANK bu bölmələrə dəstəyə ehtiyac olmadan real vaxt rejimində böyük dəqiqliklə və yüksək ölümcülliklə müxtəlif hədəflərə hücum etməyə imkan verir. Raket əldən buraxılır, tək bir əsgər tərəfindən idarə olunur və şaquli olaraq əsgərin əlindən qalxıb enə bilir.

IAI, əsas podratçı olaraq, müsabiqə əsasında ABŞ Müdafiə Nazirliyinin (US Department of Defense – DoD) Qeyri-müntəzəm Müharibə Texniki Dəstəyi Müdirliyi (Irregular Warfare Technical Support Directorate – IWTSD) tərəfindən kiçik taktiki komandaların üzvi dəqiqlik zərbələrinin ölümcüllüyünü və sağqalma qabiliyyətini artırmaq məqsədi ilə POINT BLANK sisteminin ABŞ Müdafiə Nazirliyinin xüsusi tələblərinə cavab verən ROC-X versiyasını sürətlə inkişaf etdirmək və tədarük etməkdən ötrü çox milyon dollarlıq müqaviləyə imza atıb.

IAI 2023-cü maliyyə ilində əməliyyat sınağı və qiymətləndirmə (Operational Testing & Evaluation) üçün ABŞ Müdafiə Nazirliyinə ilk prototipləri və təlimləri təqdim edəcəkdir. POINT BLANK süzən sursatı təxminən 6,8 kq ağırlığında və təxminən 1 metr uzunluğundadır.

POİNT BLANK, həm reaktiv mühərrik, həm də kvadrokopter kimi pərvanələrlə təchiz edilmiş hibrid aparatdır. Zahirən POİNT BLANK bir qədər “Ulduz müharibələri”ndəki X-Wing qırıcısını xatırladır. Raketin əsas gövdəsindən uclarında rotor olan dörd qanad ayrılır. Sonuncular aparatın havada süzməsinə imkan verir. Dronun faydalı yükü 2 kq, mənzili 10 km-dir. O, 20 dəqiqəyə qədər havada qala bilir.

Raket 450 metrdən yuxarı hündürlükdə, maksimal 186 km/saat sürətlə uça bilər, həmçinin hücumdan əvvəl hədəfin xarakteri və dəqiq mövqeyi təsdiqlənərkən havada süzə və ya asıla bilər.

IAI-nin qabaqcıl istehsal texnologiyaları sayəsində raket real vaxt rejimində müşahidə məlumatlarını yoxlamaq və toplamaq üçün elektro-optik sistemləri daşıya bilir və həmçinin hədəfi məhv etmək üçün döyüş başlığı ilə təchiz olunmağa hazırlanır.

Poliqon.az

CATEGORIES
TAGS