Pentaqon oktyabrdan ukraynalı pilotlara F-16-larla bağlı təlim keçməyə başlayacaq

Pentaqon oktyabrdan ukraynalı pilotlara F-16-larla bağlı təlim keçməyə başlayacaq

Pentaqon (ABŞ Müdafiə Nazirliyi) cari ilin oktyabr ayından ukraynalı pilotlara və texniki heyətə F-16 qırıcıları ilə bağlı təlim keçməyə başlamağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder keçirilən brifinq zamanı deyib.

P.Rayder bildirib ki, ABŞ-ın Arizona ştatında yerləşən Morris Milli Hava Qvardiya Bazasında ukraynalı pilotlara 8 ay müddətində “162nd Wing” (162 WG) Milli Hava Qvardiyası tərəfindən təlim keçiriləcək.

Onun sözlərinə görə, F-16 təlimindən əvvəl cari ilin sentyabrında ukraynalı personallara ingilis dili öyrədiləcək.

Əlavə məlumat üçün qeyd edək ki, Danimarka və Niderlanddan sonra ötən gün Norveç də Ukraynaya F-16 verəcəyini açıqlayıb.

CATEGORIES
TAGS