POLİQON “Birləşdik-2024” Xüsusi Buraxılışı
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, 2024-cü ilin iyul ayında Qazaxıstanın Aktau şəhərində “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimləri keçirildi.
Azərbaycandan POLİQON jurnalı olaraq Qazaxıstanda keçirilən “Birləşdik-2024” əməliyyat-taktiki təlimlərinin media tərəfdaşı qismində çıxış etdik.
“Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimləri üçün rus dilində hazırlanan POLİQON “Birləşdik-2024” Xüsusi Buraxılışı təlimlər çərçivəsində iştirakçı ölkələrin hərbi rəhbərliyi, Qazaxıstanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri, digər qonaqlar və iştirakçılar arasında yayımlanıb.
Bundan başqa, POLİQON “Birləşdik-2024” Xüsusi Buraxılışın elektron (PDF) versiyası sahə peşəkarlarının e-mailinə göndərilib.