POLİQON hərbi-kosmik texnoloji jurnalının 5 (67) 2023 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 5 (67) 2023 sayı

POLİQON hərbi-kosmik jurnalının sentyabr-oktyabr 2023-cü il tarixli 5 (67) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında TÜRKSAT-ın baş direktoru Hasan Hüseyin Ertok ilə müsahibə, dünyanın ən böyük astronavtika konqresi olan “IAC‑2023 Baku” 74‑cü Beynəlxalq Astronavtika Konqresində nümayiş etdirilən müasir texnoloji həllər, peyk sistemləri və xidmətlər barəsində ətraflı məlumatlar və açıqlamalar, habelə “Naxçıvan Bərpa‑İstehsalat Hərbi Kompleksinin açılışında böyük mesaj”, “Qarabağda lokal antiterror tədbirləri suverenliyin bərpası”, “Azərbaycanın ən son iştirak etdiyi hərbi təlimlərə baxış”, “Azərbaycan istehsalı olan mexaniki vasitələr minatəmizləmə fəaliyyətinə cəlb olunur”, “Yeni nəsil yüngül tankların inkişaf perspektivləri”, “Azərbaycan 5‑ci ADEX sərgisinə hazırlaşır”, “Tank əleyhinə özüyeriyən raket kompleksləri”, “Elektron müharibə sistemləri”, ““Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-kosmik texnoloji jurnalının yeni sayının elektron versiyası

CATEGORIES