
Dövlət Sərhəd Xidməti də digər dövlət qurumları kimi “Poliqon” jurnalı ilə uzun illərdi səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir.
“Poliqon” xəbər verir ki, bu fikirləri Mətbuat Şurasında keçirilən POLİQON jurnalının 10 illik yubiley tədbirində Dövlət Sərhəd Xidmətinin (DSX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Nağı Eyvazov söyləyib.
“Dövlət Sərhəd Xidməti adından “Poliqon” jurnalının 10 illik yubileyi münasibətilə bütün yaradıcı heyəti və eyni zamanda bu jurnalın ərsəyə gəlməsində xidmətləri olan bütün insanları təbrik edir və qardaşımız Rəşad Süleymanova dərin hüzünlə rəhmət diləyirik.
Bildirmək istəyirəm ki, “Poliqon” jurnalında dərc olunan məqalələr, xaricdə və ölkəmizdə istehsal olunan silahlar haqqında verilən məlumatlar biz sərhədçilərdə də böyük maraq doğurmuşdur. Ona görə, DSX də digər dövlət qurumları kimi “Poliqon” jurnalı ilə uzun illərdi səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir”, – deyə DSX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi vurğulayıb.
Polkovnik Nağı Eyvazov bildirib ki, “Poliqon” jurnalı abunə yolu ilə Azərbaycanın hüdudlarının ən ucqar nöqtələrində yerləşən sərhəd zastavalarına qədər bütün şəxsi heyətə çatdırılır: “Jurnalda ölkəmizin qalib ordusunun əldə etdikləri nailiyyətlər, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlar, texnikalar barəsində məlumatlar daim maraqla oxunur. Bu məlumatların işıqlandırılmasında bütün yaradıcı heyətə minnətdarlığımı bildirirəm və gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.





