Polşa ABŞ-dan 3 milyard dollarlıq raketlər alır

Polşa ABŞ-dan 3 milyard dollarlıq raketlər alır

ABŞ Dövlət Departamenti AIM-120C-8 AMRAAM və AGM-158B-2 JASSM-ER raketlərinin Polşaya satışını təsdiq edib.

“Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verir ki, sözügedən raketlərin alınması ilə bağlı Polşa tərəfindən iki ayrı sifariş edilib.

Bildirilib ki, birinci sifarişə 1.69 milyard ABŞ dolları dəyərində 745 ədəd “hava-hava” təyinatlı AIM-120C-8 AMRAAM raketinin, ikinci sifarişə isə 1.77 milyad dollarlıq 821 ədəd AGM-158B-2 JASSM-ER qanadlı raketinin satın alınması daxildir.

Bundan başqa, hər iki sifarişə raketlərlə bağlı digər lazımi avadanlıqların satın alınması, onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi aiddir.

Qeyd edilib ki, birinci sifarişin əsas podratçısı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti, ikincidə isə “RTX Corporation” şirkəti çıxış edəcək.

CATEGORIES
TAGS