Polşa Cənubi Koreyadan 6 milyard dollar dəyərində əlavə K2 tankları alacaq

Polşa Cənubi Koreyadan 6 milyard dollar dəyərində əlavə K2 tankları alacaq

Cənubi Koreya aprel ayının əvvəlində Polşaya K2 tanklarının tədarükünə dair daha bir müqavilə imzalayacaq.

“Poliqon” “Yonhap” xəbər agentliyinə istinadən bildirir ki, imzalanacaq 9 trilyon von (6,2 milyard ABŞ dolları) dəyərindəki müqaviləyə əsasən, Cənubi Koreyanın Polşaya əlavə 180 ədəd K2 tankı tədarük etməsi gözlənilir.

Xatırladaq ki, Cənubi Koreya 2022-ci ilin avqustunda 180 ədəd K2 tankı, 212 ədəd K9 özüyeriyən artilleriya qurğusu (ÖAQ) və 48 ədəd FA-50 təlim-döyüş təyyarəsinin tədarükü üçün Polşa ilə 12.4 milyard dollar dəyərində ilk müqaviləni imzalayıb.

CATEGORIES
TAGS