Polşa əlavə AW101 helikopterləri almaq niyyətindədir

Polşa əlavə AW101 helikopterləri almaq niyyətindədir

Polşanın Milli Müdafiə Nazirliyi İtaliyanın “Leonardo” şirkətindən daha 22 ədəd AW101 helikopteri almaq niyyətindədir.

Bu barədə “Poliqon” Polşa Silahlanma Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, Polşanın Silahlanma Agentliyi “Leonardo”nun tərkibinə daxil olan və Polşada fəaliyyət göstərən “PZL Swidnik” şirkətinə AW101-lərin satın alınması ilə bağlı lazımi danışıqların aparılması üçün dəvət göndərib.

Xatırladaq ki, ötən günlərdə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak “Leonardo” şirkətindən daha əvvəl sifariş edilən 4 ədəd AW101-dən birincisinin Polşaya çatdırıldığını açıqlamışdı.

Poliqon.az

CATEGORIES
TAGS