
Polşa ABŞ-dan AGM-158 JASSM (Joint Air-to-Surface Standoff Missile) “hava-səth” qanadlı raketlərinin ilk partiyasını təhvil alıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini Bartosz Kownacki bildirib.
2014-ci ilin dekabrında Polşa Müdafiə Nazirliyi ABŞ-la AGM-158 JASSM “hava-səth” qanadlı raketlərinin satın alınması barədə müqavilə imzalayıb.
250 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində ABŞ Polşaya 40 ədəd sözügedən raketlərin satışını həyata keçirəcək.
Bu müqavilə Polşa Hərbi Hava Qüvvələrinin F-16C/D Block 52+ döyüş təyyarələrinin M4,3 standartından M6,5 standartlarına yüksəldilməsini əhatə edir. Raketlərin 2017-ci il ərzində tam təhvil alınması planlaşdırılır.



