Polşa Müdafiə Nazirliyi M1 “Abrams” tankları almaq istəyir

Polşa Müdafiə Nazirliyi M1 “Abrams” tankları almaq istəyir

Polşa Müdafiə Nazirliyi ABŞ istehsalı M1 “Abrams” tankının son modifikasiyasını satın almaq istəyir.

“Poliqon” “Defense News”a istinadən xəbər berir ki, Polşa Silahlı Qüvvələri M1A2 SEPv3 variantında 250-yə qədər tankın və onlarla təlim maşınının alınmasında maraqlıdır. Potensial razılaşma 11-19 milyard zlotı arasında (təqribən 2,9-5 milyard ABŞ dolları) qiymətləndirilir.

Polşa, 2002-ci ildə tank parkının son yeniləməsi çərçivəsində, Almaniya Bundesverinin ehtiyatlarından 128 ədəd “Leopard” 2A4 tankı alıb. 2013-cü ildə Polşa Müdafiə Nazirliyi Almaniyadan daha 119 ədəd istifadə edilmiş “Leopard” 2A4 və “Leopard” 2A5 almaq barədə müqavilə imzalayıb.

Polşa Ordusu T-72 tankı və onun modernləşdirilmiş versiyası olan RT-91 “Twardy” tankının böyük parkına sahibdir.

Son illərdə Polşa Silahlı Qüvvələri yeni tankların alınması imkanlarını fəal şəkildə araşdırır. Bundan əvvəl Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti Polşa ordusu üçün yeni bir K2PL tankı layihəsini təklif etmişdi. Polşa həmçinin Fransa-Almaniya birgə MGCS proqramına maraq göstərib. Eləcə də, İtaliya Polşanı yeni bir tank yaratmaq proqramına cəlb etməyə çalışır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS