Xəbərlər
Polşa ordunun zirehli texnika parkını gücləndirir

“Huta Stalowa Wola” (HSW) şirkəti tərəfindən istehsal olunan RAK 8×8 özüyeriyən minaatan kompleksi və zirehli komanda-idarəetmə maşının Polşa Silahlı Qüvvələrinə tədarükü davam edir.
“Poliqon” xəbər verir ki, Polşa Müdafiə Nazirliyi ilə HSW şirkəti arasında 2016-cı ildə imzalanmış müqavilə çərçivəsində Silahlı Qüvvələrə 8 ədəd 120 mm-lik RAK özüyeriyən minaatan kompleksi və 4 ədəd komanda-idarəetmə maşını təhvil verilib.
Qeyd edək ki, müqaviləyə əsasən Polşa ordusuna 64 ədəd RAK özüyeriyən minaatan kompleksi və 32 ədəd komanda-idarəetmə maşının tədarükü nəzərdə tutulub.

RAK 8×8 özüyeriyən minaatan kompleksi

Zirehli komanda-idarəetmə maşını
Rizvan Fikrətoğlu




