Xəbərlər

Polşa Ordusu 60 mm-lik minaatanlar əldə edib

Polşa Ərazi Müdafiə Qüvvələri 60 mm-lik LMP-2017 minaatanlarının 103 dəst  miqdarında növbəti partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Zakłady Mechaniczne “Tarnów” SA” zavodu məlumat yayıb.

Polşa Ərazi Müdafiə Qüvvələri ilə Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün 2018-ci ildə imzalanan və təxminən 32 milyon zlotı (8,8 milyon ABŞ dolları) dəyərindəki 780 dəst 60 mm-lik LMP-2017 yüngül piyada minaatanlarının tədarükünü nəzərdə tutan müqavilənin podratçısı “Zakłady Mechaniczne “Tarnów” SA” müdafiə sənayesi müəssisəsidir.

Müqavilədə təlimatçıların və silah mütəxəssislərinin hazırlığı, həmçinin elektron tədris və logistika paketləri də yer alıb.

Qeyd olunur ki, şirkət artıq 2019-cu ildə 150 dəst və 2020-ci ildə 204 dəst LMP-2017 yüngül piyada minaatanı tədarük edib. Bu il isə daha 294 dəst belə minaatanın tədarükü planlaşdırılıb.

LMP-2017 yüngül piyada minaatanından günün istənilən vaxtında və istənilən hava şəraitində düşmənin canlı qüvvəsini, döyüş meydanındakı yüngül istehkamlarını, habelə  optik görüntüdə yarımdüzünə atışla atəş mövqelərini və hərbi texnikasını məhv etmək üçün istifadə olunur.

Zavod STANAG 4425.2 tələblərinə uyğun olaraq 59.4 mm və 60.7 mm olmaqla iki çapda LMP-2017 minaatanı təklif edir.

LMP 2017 e1622541554298

Əhəd Əzizov

Poliqon.az

Back to top button