Rumıniya əlavə F-16 döyüş təyyarələri alıb

Portuqaliyada modernləşdirilmiş “Lockheed Martin” şirkətinin F-16AM “Fighting Falcon” döyüş təyyarələrinin ilk partiyası Rumıniya Hərbi Hava Qüvvələrinə çatdırılıb.
Bu barədə Azeri Defence saytı “Scramble.nl” nəşrinə istinadən məlumat verib.
ABŞ-ın dəstəklədiyi “Peace Carpathian II” proqramı çərçivəsində Rumıniya ilə Portuqaliya arasında cari ilin əvvəlində 130 milyon avro dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində OGMA şirkəti tərəfindən əsaslı təmir və modernizasiya olunan 5 ədəd F-16AM döyüş təyyarəsinin Rumıniyaya tədarükü nəzərdə tutulub.
Müqaviləyə əsasən 2 ədəd F-16AM avqustun 14-də Rumıniyaya təhvil verilib. Növbəti 2 ədəd təyyarə 2020-ci ilin oktyabrında, 1 ədədi isə 2021-ci ilin əvvəlində Rumıniyaya təhvil verilməsi planlaşdırılıb.




