Polşa Ordusu yeni kəşfiyyat maşınlarını silahlanmaya qəbul edib

Polşa Ordusu “Zmija” (“Viper”) adlı uzaqmənzilli kəşfiyyat maşınlarının ilk partiyasını təhvil alıb.
“Poliqon” Polşa Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sifariş verilən 118 ədəd “Zmija” maşınından ilk 25 ədədi Polşanın Belarusla sərhədində xidmət göstərən əsgərlərə göndərilib.
Bildirilib ki, “Zmija” kəşfiyyat maşınlardan 18-i Xrubieszovdakı 2-ci kəşfiyyat alayı, 5-i Varminskidəki 9-cu kəşfiyyat alayı, 2-si isə Poznandakı Polşa Quru Qoşunlarının Təlim Mərkəzində kəşfiyyat qoşunları tərəfindən istifadə olunacaq.
Qeyd edək ki, Polşa Silah Müfəttişliyi sözügüdə avtomobilləri 2017-ci ilin sentyabrında “Polski Holding Obronny” şirkətinə sifariş verib.
4×4 təkər formuluna malik “Zmija” maşınları 150 km məsafədə kəşfiyyat aparmaq imkanlarına malikdir. “Zmija”, yüngül zirehli texnikalar və alçaqdan uçan hava hədəflərinə qarşı silah sistemləri ilə təchiz edilib.




