Polşa şirkəti UKM-2013 pulemyotunu təqdim edir – FOTO
Polşanın ZMT şirkəti UKM-2000 pulemyotunun UKM-2013 adlı təkmilləşdirilmiş versiyasını gələn ay hərbi ictimaiyyətə təqdim edəcək. Bu barədə “AzeriDefence” Polşanın “Altair” jurnalına istinadən məlumat verib.
Yeni pulemyot MSPO-2012 beynəlxalq müdafiə sərgisində nümayiş etdiriləcək. Əvvəlki nəslindən fərqli olaraq yeni modelin erqonomikası və funksional imkanları yaxşılaşdırılıb. Üzərinə aksessuarlar əlavə etmək üçün universal relslərlə təchiz olunub. Silahın lüləsi sələfindən fərqli olaraq xeyli qısaldılıb. Yeni modelin ayaqları yığılır, eyni zamanda qundağın tənzimlənməsi, qundaq hissədə açılma yolu ilə silahı tənzimləməyə imkan verən dayaq mövcuddur.
Qeyd edək ki, ZMT şirkəti Polşanın müdafiə sənayesinin aparıcı qurumlarından olan Bumar Holdinqə daxildir