Polşada yeni mobil hədəf sistemi yaradılıb

Polşanın Lukasieviç Tədqiqat Şəbəkəsi – PIAP Avtomatlaşdırma və Ölçmə Sənaye Tədqiqat İnstitutu yeni “PİAP Mobil Target” hədəf sistemi yaradıb.
Bu barədə “Poliqon” “Defence24”ə istinadən xəbər verib.
Hərbi qulluqçuların və ya polislərin iştirak etdiyi atıcı silah tətbiqinin öyrənilməsi üzrə fəaliyyətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından qaneedici olmalıdır. Yuxarıda qeyd olunanlar, fiziki səy və stres daxil olmaqla hərəkətdə olan hədəflərin məhv edilməsi təliminin vacib bir hissəsi olduğu üçün yalnız statik hədəflərin vurulmasının kifayət etməyəcəyini göstərir. Bəzi hallarda təhdidləri digər hədəflər arasından ayırmaq lazımdır, bəzi hallarda isə dəstənin digər heyət üzvləri ilə əməkdaşlıq kritik məna daşıyır.
“PIAP Mobi Target” (PİAP Mobil hədəfi) bu sinifin mövcud əlçatan sistemlərindən biridir.
Bənzər həlləri tanıyanların onu ABŞ-ın “Marathon Target” şirkətinin təklif etdiyi ekvivalent sistemlərlə əlaqələndirməsinə baxmayaraq, Polşalı mühəndislərin təklifi sözügedən məmulatın surəti kimi qəbul edilməməlidir. Aydındır ki, bazardakı və təlim üçün nəzərdə tutulmuş bütün təlim sistemləri eyni olduğundan bəzi həllər müəyyən dərəcədə oxşarlıq daşıyır. Bütün istehsalçılar insan siluetinə bənzəyən 3D ölçülü manekenləri daşıyan zirehli, robotlaşdırılmış təkərli platformalardan istifadə edirlər.
“PIAP Mobi Target”, 2017-ci ildə yaradılan Lukasieviç – PIAP tərəfindən son 3 ildə hazırlanmış həlldir. Məmulat Milli Araşdırma və İnkişaf Mərkəzi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində layihələndirilib. Sözügedən iş zamanı İnstitut özünün quru robot platformaları ilə əlaqəli geniş təcrübəsindən istifadə edib. Şirkət portfelinin bəzi elementləri (məsələn, operator paneli) ilə yanaşı tamamilə yeni həlləri (dəyməni aşkaretmə sistemləri) də tətbiq edilib.
“PİAP Mobil Target” sistemini istənilən atış poliqonunda/sahəsində və təlim müəssisəsində rahatlıla açmaq mümkündür. Sistemin istifadə olunması üçün poliqonun (sahənin, müəssisənin) uyğunlaşdırılmasına (dəyişdirilməsinə) ehtiyac yoxdur və buna görə də əlavə xərc tələb olunmur. Bundan başqa, hədəflər quruluş baxımından modul tiplidir (bu, zirehli örtüyə də aiddir). PIAP Mobi Target sisteminin modul quruluşu asanlıqla genişlənməyə imkan verərək, onun ilkin formadan fərqlənən əlavə mobil hədəflərə də sahib olmasına şətait yaradır. Beləliklə, sistemdə 6 hədəf eyni vaxtda işləyə bilir.
Sistem, PIAP tərəfindən istehsal edilən və asanlıqla dəyişdirilə bilən akkumulyator batareyasına sahibdir.
Atış poliqonunda və ya sahəsində (təlim müəssisəsində) operator və mobil hədəf arasında sabit rabitə təmin edən vacib element olan son həll isə PIAP tərəfindən hazırlanan retranslasiya stansiyasıdır (rele). Stansiya həm də operatorlara mobil platformaların hər biri üçün yerləşmə yerləri haqqında ayrıca məlumatları təmin etməyə cavabdehdir.
Bir neçə rele blokunun istifadəsi 1200 metrədək uzun məsafələrdə məşqlər aparmağa imkan verir. Beləliklə sistemi snayper təlimi və ya yarışlarda uzun məsafəli atışlar üçün uyğun hala gətirmək mümkündür.
Əhəd Əzizov







