Quru

Polşaya M142 HIMARS YARS və “Patriot” ZRK ilə bağlı tədarüklər davam edir

ABŞ daha iki ədəd M142 HIMARS yaylım atəşli reaktiv sistemin (YARS) buraxılış qurğusunu və “Patriot” zenit-raket kompleksinin (ZRK) bəzi elementlərini Polşaya çatdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, tədarüklər Polşanın raket artilleriyasını və hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirməyə yönəlmiş “Homar” və “Wisla” proqramlarının bir hissəsi kimi həyata keçirilir.

Poliqon.az

Back to top button