
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işçilərinin təltif olunması barədə sərəncam imzalayıb.
“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işində səmərəli fəaliyyətinə görə ANAMA-nın 12 nəfər əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.
Medalla təltif olunanlar aşağıdakılardır:
Allahverdiyev Şahin Köçəri oğlu
Aslanov Adil Həsən oğlu
Babayeva Fəridə Fərrux qızı
Haqverdiyev Böyükağa Rasim oğlu
Hüseynov Teymur Qafqaz oğlu
Mahmudov Fehruz Behbud oğlu
Məmmədov Aydın Sulduz oğlu
Məmmədov Mobil Xuduş oğlu
Namazov Füzuli Hidayət oğlu
Poladov Samir Vaqif oğlu
Sədili Riyal Zülfiqar oğlu
Vəliyev Anar Xəlil oğlu.



