Prezident Azərbaycan Texniki Universitetinin əməkdaşlarına fəxri adlar verib və təltif edib

Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə “Azeri Defence” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.
Sərəncama əsasən Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Texniki Universitetin aşağıdakı əməkdaşları təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Kərimov Savalan Xanlar oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Hüseynov Qabil İsmixan oğlu
Mahmudov Müdafiə Cəmil oğlu
“Tərəqqi” medalı ilə
Çələbi İftixar Qurbanəli oğlu
Daşdəmirov Fuad Səmid oğlu
Həsənli Ramiz Kamandar oğlu
Məmmədova Zöhrə Hüseyn qızı
Rzayev Elçin David oğlu.
Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycan Texniki Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Texniki Universitetin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə Texniki Universitetin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Hüseynov Rafiq Qurban oğlu
Rəsulov Nəriman Moğbil oğlu
“Əməkdar müəllim”
Abidov Çingiz Cabbar oğlu
Əhməd Abdullah Əmrullah oğlu
Haxiyev Əlabbas Seydi oğlu
Hüseynov Ələkbər Güləhməd oğlu
Xəlilov İsa Əli oğlu
Məmmədov Əhməd Adil oğlu
Namazov Sübhan Nadir oğlu
Rzayeva Gülşən Dəmirqan qızı
Rzayeva Nuriyyə Əsgər qızı
“Əməkdar mühəndis”
Baxşəli Valeh İsmixan oğlu
Bayramov Razim Paşa oğlu
Əliyev Hikmət Səxavəddin oğlu
Kərimov Ziyafət Xeyrulla oğlu
Yusubov Nizami Dəmir oğlu.




