Xəbərlər

Prezident: Azərbaycan delimitasiya ilə bağlı Ermənistanla danışıqlara başlamağa hazırdır

Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırdır.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.

“Müharibə və münaqişə tarixdə qaldı. Qalib ölkə olaraq Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən qaçırmayacaq”, – deyə, İlham Əliyev deyib.

Poliqon.az

Back to top button