Xəbərlər

Prezident: Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionda yeni reallıqlar yaradıb

Azərbaycan bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.

“Poliqon” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

“Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, Azərbaycanın daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olub. Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqları işğaldan qurtarıb. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnib. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionda yeni reallıqlar yaradıb. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır”, – deyə dövlət başçısı bildirib.

Poliqon.az

Back to top button