Xəbərlər
Prezident Elman Səmədova general-mayor ali hərbi rütbəsi verib

Prezident İlham Əliyev Azərbaycanın Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.
Sərəncama əsasən Elman Səmədova general-mayor ali hərbi rütbəsi verilib.




