Prezident: Gənclər vətənpərvərlik ruhunda yetişərək düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər

Prezident: Gənclər vətənpərvərlik ruhunda yetişərək düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər

Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günündə Şuşada hərbçilərin qarşısında çıxışı zamanı deyib.

“Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi.

Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi”, – deyə Prezident İlham Əliyev bildirib.

Poliqon.az

CATEGORIES
TAGS