Prezident hərbçilərin maaşlarına 20 faiz məbləğində əlavə edilməsi barədə fərman imzalayıb

Prezident hərbçilərin maaşlarına 20 faiz məbləğində əlavə edilməsi barədə fərman imzalayıb

Azərbaycan Prezident İlham Əliyev Müdafiə Nazirliyinin (MN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Fövqəladə Hallar Nazirliyinin (FHN), habelə Müdafiə Nazirliyinin işğaldan azad olunmuş ərazilərdən kənarda həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında müvafiq fərmanlar imzalayıb.

“Poliqon” xəbər verir ki, fərmana əsasən, MN, DSX, DTX, SHXÇDX, FHN, DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin, habelə MN-in işğaldan azad olunmuş ərazilərdən kənarda həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

MN, DSX, DTX, SHXÇDX, FHN, DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilib ki, fərmanda nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, hərbi qulluqçuların tabe olduğu yuxarıda adları çəkilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Poliqon.az

CATEGORIES
TAGS