Xəbərlər
Prezident işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqladı – SİYAHI

Prezident İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Azeri Defence saytının məlumatına görə, Prezident İlham Əliyev “Twitter” hesabında deyib:
“Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini;
Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini;
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,
Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”




