Prezident İlham Əliyev: Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılır

Prezident İlham Əliyev: Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılır

Türkiyə hərbi sənaye kompleksinin məhsulları keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhşurlaşıb.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı, eyni zamanda, Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğulayıb və bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını deyib.

CATEGORIES
TAGS