Azərbaycan XTQ-nin istifadəsinə “Cobra II” zirehli ambulans verilib – FOTOLAR

Azərbaycan XTQ-nin istifadəsinə “Cobra II” zirehli ambulans verilib – FOTOLAR

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) üçün Türkiyənin “Otokar” şirkətindən “Cobra II” zirehli ambulansı alınıb.

“Poliqon” xəbər verir ki, yeni “Cobra II” zirehli ambulansı XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində olan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Daha sonra Müdafiə Nazirliyin rəhbər heyəti komanda müşahidə məntəqəsinə gələrək “Cobra II” zirehli ambulansdan da istifadə edilməklə keçirilən xüsusi təyinatlıların nümayiş dərslərini izləyib.

Qeyd edək ki, “Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyasını ilk dəfə IDEF-2019 sərgisində nümayiş etdirib. “Cobra II” zirehli ambulansı özünün yüksək ballistik mühafizəsi və minaya qarşı qoruması ilə fərqlənir. “Cobra II” bu parametrləri ilə yüksək təhlükəli ərazilərdə standart bir ambulans ilə görüləcək bütün müdaxilələri yerinə yetirmək qabiliyyətindədir.

“Cobra II” zirehli ambulansı döyüş sahəsinin içərilərinə qədər girib, təhlükəli bölgədə yaralıların həyatını qurtarmaq və təcili müdaxilə xidmətlərini yerinə yetirə bilmək üçün zəruri avadanlıqlarla təchiz olunub. Ambulans versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılıb, bununla da böyük daxili həcm təmin edilib. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. “Cobra II” zirehli ambulansın sürücü, komandir, tibb heyətindən başqa, 2 oturulu və 1 uzanılmış yaxud 2 uzanıqlı yaralı daşıya bilən iki fərqli konfiqurasiyası mövcuddur.

Q133

Q2

a292c159ce34bfee24527c5349e47e68

622d9a1d33eb8dc14695fba8a46059b9

233eb7cef83e2d833e51ca22e590d350

CATEGORIES
TAGS