Prezident İlham Əliyev: Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik

Prezident İlham Əliyev: Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik

Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik.

“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

Prezident İlham Əliyev bildirib ki,  bu gün müzakirə edilən məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur: “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”.

CATEGORIES
TAGS