Prezident İlham Əliyev: Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən biri olacaq

Prezident İlham Əliyev: Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən biri olacaq

Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı deyib.

“Biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”, – deyə Prezident İlham Əliyev qeyd edib.

CATEGORIES
TAGS