Xəbərlər
Prezident İlham Əliyev Ərdoğanı Zəngilanda qarşılayıb – YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladıqdan sonra Prezident İlham Əliyevlə birlikdə fəxri qarovul dəstəsinin qarşısından keçiblər.







