Prezident İlham Əliyev: İsrailin müasir müdafiə sənayesi avadanlıqları milli maraqlarımızı qorumağa imkan verir

Prezident İlham Əliyev: İsrailin müasir müdafiə sənayesi avadanlıqları milli maraqlarımızı qorumağa imkan verir

İsrailin müasir müdafiə sənayesi avadanlıqları milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla birlikdə mətbuata bəyanatlarla çıxışı zamanı söyləyib.

Azərbaycanın üzləşdiyi təhdidlərdən danışan dövlət başçısı bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib.

“Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir”, – deyə Prezident İlham Əliyev bildirib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR