
Prezident İlham Əliyev: Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Onların Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdiklərini vurğulayan dövlət başçısı şəhidlərin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını qeyd edib.
CATEGORIES Xəbərlər
TAGS Manşet